• 13 Avqust 2022
logo
Artilleriya bölmələrində döyüş atışlı təlim keçirilir

Artilleriya bölmələrində döyüş atışlı təlim keçirilir - VİDEO

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlim keçirilir. MN-dən verilən məlumata görə, digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə və komandir heyətinin çevik qərarqəbuletmə qabiliyyətinin, həmçinin şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri cəmləşmə rayonlarına çıxarılaraq təyin olunan yerlərdə atəş mövqelərini tutublar. Bölmələr tərəfindən şərti düşmən hədəflərinin sərrast atəş zərbələri ilə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.