• 16 Aprel 2024
logo
FHN: İstirahət günlərində 142 yanğına çıxış olub, 20 nəfər xilas edilib

FHN: İstirahət günlərində 142 yanğına çıxış olub, 20 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən qeyri-iş günləri ərzində ümumilikdə 142 yanğına çıxış, 16 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən qeyri-iş günləri ərzində 1-i azyaşlı olmaqla 20 nəfər xilas edilib, qəza-xilasetmə əməliyyatları zamanı 3 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.