• 20 Aprel 2024
logo
FHN-in amfibiya təyyarəsi Türkiyəyə yola düşüb

FHN-in amfibiya təyyarəsi Türkiyəyə yola düşüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşüb.
Bu barədə FHN-dən bildirilib.

****

Məlum olduğu kimi, qardaş Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir.
Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.
Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.