• 24 Noyabr 2020
logo
AMADA iki idmançının qida əlavələrində antibiotik steroidlər aşkarlayıb

AMADA iki idmançının qida əlavələrində antibiotik steroidlər aşkarlayıb

Cari ildə bir idmançıya iki antidopinq qayda pozuntusuna görə 12 illik diskvalifikasiya müddəti sanksiyası tətbiq edilib. Hal-hazırda iş apelyasiya stansiyasındadır.

Bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, AMADA tərəfindən qəbul edilmiş qərar Ümumdünya Antidopinq Agentliyi (ÜADA) tərəfindən yoxlamadan keçib və bununla bağlı ÜADA həmin qərardan Apellyasiya Komitəsinə müraciət edib. Nəticədə idmançının sanksiyası ikiqat artırılıb:

"AMADA tərəfindən araşdırmalar nəticəsində müəyyən edilib ki, dopinq nəticəsi müsbət olmuş 2 idmançının istifadə etdiyi bioloji fəallığa malik qida əlavələrinin tərkibində antibiotik steroidlər mövcuddur. Həmin qida əlaqələrinin ölkəyə girişinin qadağan edilməsi ilə bağlı müraciət edilib".