• 25 Aprel 2025
logo
Şirvan Kommunal Kombinatı müəssisəsinin rəhbəri həbs edildi

Şirvan Kommunal Kombinatı müəssisəsinin rəhbəri həbs edildi

Azərbaycanda müəssisə rəhbəri saxlanılıb.

Hüquq mühafizə orqanlarından verilən məlumata görə, Şirvan Kommunal Kombinatı müəssisəsinin rəhbəri Vəliyev Aqil Rəhimdil oğlu korrupsiya cinayətlərində təqsirləndirilib.

Müəssisə rəhbəri Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanıb. A.Vəliyevin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş prokurorluqdan xəbəri Trend-ə təsdiqləyiblər.