• 20 Aprel 2025
logo
Hacıqabulda daha bir zəlzələ olub

Hacıqabulda daha bir zəlzələ olub

Hacıqabul rayonunda növbəti dəfə zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkan ilkin məlumatlara əsasən, yerli vaxtla saat 10:49-da Qobustan stansiyasından 36 km cənub-qərbdə Hacıqabul ərazisində qeydə alınıb.

Maqnitudası 3.5, dərinliyi 5 km olan zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, dünən yerli vaxtla saat 16:58-də Əli Bayramlı seysmik stansiyasından 32 kilometr şimal-qərbdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yeraltı təkanın maqnitudası 3,5, dərinliyi 5 kilometr olub.

Zəlzələ hiss olunmayıb.