• 30 Noyabr 2020
logo
Şamaxı şəhərində min ağacdan ibarət "Sakura parkı" salınıb

Şamaxı şəhərində min ağacdan ibarət "Sakura parkı" salınıb

Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AOPE) sədri Emin Əliyev: “Şamaxı şəhərində salınmış Sakura parkı Yaponiya-Azərbaycan dostluq əlaqələrinin inkişafına yeni bir körpü salacaqdı”.

Avrasiya.net xəbər verir ki, bu məqsədlə bu gün Şamaxı şəhərində min ağacdan ibarət Sakura tinglərinin əkin prosesi baş tutmuşdur.
Qeyd edək ki, Emin Əliyev 2017-ci ilin fevral ayından etibarən ölkəmizdə Sakura ağacının yetişdirilməsi və bu əsrarəngiz ağacdan ibarət parkın salınması layihəsi üzərində çalışmışdır.
Ötən il Şamaxı rayonunun rəhbərliyi ilə danışıqlar nəticəsində qərara alındı ki, bu park məhz Şamaxı şəhərində salınsın. Bu layihənin davamı olaraq Yaponiyada da Ölkəmizin milli ağac sortlarından ibarət parkının salınması nəzərdə tutulmuşdur. Bu parkda xan çinar, milli alma, armud, gilas və digər sortların əkilməsi planlaşdırılır. Emin Əliyev bildirdi ki, bu gün onun və rəhbərlik etdiyi ictimai birlik üçün tarixi gündür və bu cür layihələrin həyata keçirilməsi üçün bundan sonra da əllərindən gələni edəcəkdir.Şamaxı şəhərində min ağacdan ibarət "Sakura parkı" salınıb - FOTOLAR
AOPE-nin sədri Emin Əliyev bildirdi ki, bu layihə Ümummilli lider Heydər Əliyevin “hərəyə bir ağac əkək” çağırışına və “Heydər Əliyev” fondunun “Nəsimi ili” çərçivəsində 650 min ağacın əkilməsi layihəsinə töhfədir. Eyni zamanda 24 dekabr Ölkə başçısı cənab İlham Əliyevin ad günündə bu parkın salınması bizim üçün əlamətdardır və ümid edirik ki, bu park cənab Prezident üçün bir hədiyyə olacaqdır.
Şamaxı şəhərində min ağacdan ibarət "Sakura parkı" salınıb - FOTOLAR
Layihənin icra olunmasına verdiyi dəstəyə görə, Şamaxı şəhəri İcra Hakimiyyətinin Başçısı cənab Tahir Məmmədova, Yaponiyadan ölkəmizə təşrif buyuran layihə rəhbəri Yumi Azuma, Yaponiyanın Koçi şəhərinin sabiq meri Takuya Hamaquçi və şirkət rəhbərləri Masaki Kamatsu, Hiromişi Katayamaya, habelə “KTK” MMC-nin direktoru Kəmalə Novruzəliyevaya AOPE rəhbərliyi adından dərin təşəkkürümüzü bildiririk.
Şamaxı şəhərində min ağacdan ibarət "Sakura parkı" salınıb - FOTOLAR
Sakura ağacı Yapon ruhunun nəcib xarakeri kimi göstərilir. Sakuralar Yaponiyanın təbii zənginliyi olaraq da təsnif edilir. Bu səbəblə ağacın istər toxumunu, istərsə də özünü ölkədən kənara çıxarılması ilə bağlı məhdudiyyətlər vardır, sadəcə olaraq 9 ölkəyə göndərilmişdir. Ümumbəşəri dostluğu gücləndirmək, başqa ölkələrlə əlaqələri daha da dərinləşdirmək məqsədi ilə sadəcə hədiyyə edilir. Sevindirici haldır ki, sakura ağacı hədiyyə edilmiş ölkələrin siyahısına Azərbaycan da daxil edildi.Şamaxı şəhərində min ağacdan ibarət "Sakura parkı" salınıb - FOTOLAR
Qeyd edək ki, bu addım Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına bir töhfə ola bilər. Oxşar layihə 1912-ci ildə Tokio meri Yukio İdzaki tərəfindən Amerikada reallaşdırılmışdır. Hal-hazırda “Ağ ev”in qarşısında olan bu ağac Amerika-Yaponiya əlaqələrinin simvolu hesab edilir.