• 30 Sentyabr 2020
logo
Bura rekord həddə - 1 metr hündürlüyündə dolu düşdü

Bura rekord həddə - 1 metr hündürlüyündə dolu düşdü

Meksikanın Qvadalaxara şəhərində şiddətli dolu düşüb.
Trend-in məlumatına görə, dolu nəticəsində şəhər bir metr hündürlüyündə buz qatı ilə örtülüb.
Küçələrin təmizlənməsi üçün hərbçilər cəlb olunub.
Yollarda nəqliyyatın hərəkəti dayanıb, çoxlu sayda avtomobil buz qatının altında qalıb, bir çox tikili dağılıb.
Dolu nəticəsində xəsarət alanların olmadığı deyilir.