• 30 İyun 2022
logo
Biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyasının tərkibi dəyişib

Biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyasının tərkibi dəyişib

Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyasının tərkibi dəyişib.
Bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyası və Dövlət Proqramının hazırlanması haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.
Sərəncama əsasən, Komissiyanın yeni tərkibi aşağıdakı kimidir:
“Komissiyanın sədri
Azərbaycan Respublikasının Baş naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının xarici işlər naziri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının ədliyyə naziri
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi.