• 25 Aprel 2024
logo
Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb

Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, mayın 26-da saat 1 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində Sabirabad rayon sakini Güləhməd Həsənov yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulub və nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.