• 30 Noyabr 2020
logo
Gələn ildən Azərbaycana idxal olunan qida məhsulları sərhədlərdə yoxlanacaq

Gələn ildən Azərbaycana idxal olunan qida məhsulları sərhədlərdə yoxlanacaq

Gələn ildən Azərbaycana idxal olunan qida məhsulları sərhədlərdə yoxlanacaq.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin (AQTA) sədri Qoşqar Təhməzli Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda deyib.

Onun sözlərinə görə, gələn ildən ölkəyə idxal olunan qida məhsulları üçün qida təhlükəsizliyinə nəzarət məntəqələri yaradılacaq: “Qida təhlükəsizliyinə nəzarət məntəqələri sərhəd-keçid məntəqələrinin yaxınlığında yaradılacaq və daha sürətli, keyfiyyətli keçidə şərait yaradacaq".

Q.Təhməzli əlavə edib ki, gömrük-keçid məntəqələrinə yaxın məsafələrdə heyvan, bitki mənşəli və digər qida məhsullarına münasibətdə vahid məntəqələrdə qida təhlükəsizliyinə görə risklərin dəyərləndirilməsi keçiriləcək: "Bu sistem ölkəyə idxal olunan qida məhsullarının həm çevik şəkildə idxalına, həm də təhlükəsizlik göstəricilərinin təmin olunaraq əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verəcək".

Qeyd edək ki, bu gün Bakıda "Xarici ticarət iştirakçılarının II Respublika Forumu" keçirilir. Forumda 900-ə yaxın sahibkar iştirak edir. Forumda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və başqa rəsmi şəxslər iştirak edir.