• 2 Dekabr 2020
logo
Bərdədə zəlzələ olub

Bərdədə zəlzələ olub

Bərdə rayonu ərazisində zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İlkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 08:00-da Bərdə stansiyasından 8 km cənub-qərbdə Bərdə ərazisində qeydə alınıb.
3.2 maqnitudalı zəlzələ hiss olunmayıb.