• 24 Noyabr 2020
logo
Azərbaycanda onkoloji xəstələrin sayı ilbəil artır

Azərbaycanda onkoloji xəstələrin sayı ilbəil artır

Azərbaycanda onkoloji xəstəliklərə düçar olanların sayı ilbəil artır.

Bunu "Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları" mövzusunda konfransda Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin Baş onkoloqu Azad Kərimli deyib.

Onun sözlərinə görə, 2014-cü ildə Azərbaycanda əhalinin sayı 9 milyondan çox olub: "Həmin ildə onkoloji xəstələrin sayı 38 minə yaxın idi. İllər ərzində əhalinin sayı artdıqca xəstə sayı da artır. 2018-ci ildə ölkədə 9 milyon 960 minə yaxın əhali, qeydiyyata alınan onkoloji xəstələrin sayı isə 49 mindən çox idi. Amma bu, elə də böyük rəqəm deyil. Ölkədə onkoloji xəstələrin sayının artdığını deyib insanları təşvişə salmaq istəməzdim. Əhali arasında şayiə yayılır ki, xərçəng xəstələrinin sayı artır. Amma bu insanların düşündüyü qədər çox deyil. Tək onkoloji xəstəliklər deyil, digər xəstəliklər də artır. Burada əhalinin sayı da nəzərə alınmalıdır."

A.Kərimov dünyada da onkoloji xəstələrin sayının artdığını, hər il 14 milyon yeni onkoloji xəstənin qeydə alındığını, hər il 8,8 milyon onkoloji xəstənin dünyasını dəyişdiyini söyləyib.

Onun sözlərinə görə, 2030-cu ilə qədər yeni xəstə sayının 24 milyona çatacağı bildirilir.