• 18 Aprel 2024
logo
Azərbaycan Ordusunda atəş hazırlığı üzrə çalışmalar yerinə yetirilib

Azərbaycan Ordusunda atəş hazırlığı üzrə çalışmalar yerinə yetirilib - VİDEO

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının N hərbi hissəsində atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmaları yerinə yetirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, çalışmalara cəlb olunan heyətə təhlükəsizlik qaydaları və atışın şərtləri çatdırılıb. Atışdan əvvəl atəş hazırlığı üzrə normativlər yerinə yetirilib. Hərbi qulluqçular əvvəlcədən hazırlanmış mövqedən hədəfə yerindən atəş açmaq üzrə tapşırıqları uğurla icra ediblər. Təlim prosesi Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla həyata keçirilib.