• 28 Noyabr 2020
logo
Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi 48 faizdir

Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi 48 faizdir

Qeyri-infeksion xəstəliklərdə ölüm göstəricisi dünyada 70 yaşa qədər əhali arasında 44 faizdir. Azərbaycanda isə bu göstərici bir qədər artıqdır.

Bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi 48 faizdir. Yüksəkgəlirli, inkişaf etmiş ölkələrdə isə bu göstərici 26 faizdir, yəni heç 30 faizə çatmır.

R.Əliyevin sözlərinə görə, bu baxımdan Azərbaycanda qeyri-infeksion xəstəliklərlə mübarizə ciddi şəkildə aparılmalıdır.

Nazir müavininin fikrincə, bu məsələdə öhdəlik yalnız səhiyyə sisteminin üzərinə düşmür. Bütün qurumlar birgə mübarizə aparmalı, fiziki aktiv həyat təbliğ olunmalı, tütündən istifadə azaldılmalıdır:

"Dünya üzrə əhalinin yaşlanma göstəricisi artır. Bu, yoluxucu xəstəliklərlə mübarizənin nəticəsidir. Buna baxmayaraq, qeyri-infeksion xəstəliklərin yükü artır. Qeyri-infeksion xəstəliklərin yükü istər ölüm göstəricisinə, istərsə də əlilliyə görə yoluxucu xəstəliklərdən yüksəkdir".