• 20 Yanvar 2025
logo
Bakıda 69 yaşlı qadının meyiti tapılıb

Bakıda 69 yaşlı qadının meyiti tapılıb

Bakıda mənzildə meyit aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) xəbərinə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Arjevitina Yekaterina Konstantinovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.