• 27 Noyabr 2020
logo
Bakı dairəvi dəmir yolu istifadəyə veriləcək – Vaxt açıqlandı

Bakı dairəvi dəmir yolu istifadəyə veriləcək – Vaxt açıqlandı

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində mətbuat konfransı keçirib.
C.Qurbanov ölkənin hər yerində olduğu kimi, dəmir yollarında da inkişaf müşahidə olunduğunu bildirib. O qeyd edib ki, dəmir yolunun tarixən Azərbaycan iqtisadiyyatında mühüm rolu olub:
“Vaxtilə bizim Mehridən Naxçıvan vasitəsilə İrana çıxışımız olub. Bilirisniz ki, ulu öndəırin Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu dönəmdə Xankəndi şəhərinə dəmir yolu çəkilib. Həmin dəmir yolu Xankəndini Bakı ilə birləşdirib”.
C.Qurbanov qeyd edib ki, hazırda ölkənin dəmir yollarının uzunluğu 4200 kilometrdir. Onun 2955 kilomerti əsas yoldur. Bunlar Gürcüstan, İran sərhədinə, Balakənə, İmişliyə və sair yerlərə olan yollardır:
“Dəmir yollarının ikinci inkişaf dövrü Prezident İlham Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Hazırda dəmiry ollarında 20 minə qədər işçi çalışır. 2015-ci ildəki əməkhaqqı ilə indiki arasında 95 faiz artım var. Əgər həmin vaxt orta əməkhaqqı 120-130 manat olubsa, hazırda 583 manatdır. Əsasən, əməkhaqlarının artımı yüklərin artmasından asılıdır. Ona görə də infrastrukturun inkişafına diqqət yetirilir. Əgər 2016-cı ildə dəmir yolunda orta sürət saatda 30-35 kilometr olubsa, hazırda saatda 55 kilometrin üzərindədir. Bütün bunlara görə dəmir yollarınız səmərəliliyə görə 13-cü, keyfiyyət göstəricisinə görə 35-ci yerdədir”.
C.Qurbanov qeyd edib ki, bu il alınan yeni elektrik qatarlarının sayı 9-a çatıb.
QSC sədri fevral ayının ortalarınadək Bakı dairəvi dəmir yolunun istifadəyə veriləcəyini bildirib. Qeyd edib ki, bu yerüstü metro kimi bir layihıdir:
“Bununla da dəmir yolları vasitəsilə Bakı Xırdalanla, Xırdalan isə Abşeronla birləşdiriləcək”.