• 28 May 2022
logo
İnzibati məsuliyyətə cəlb edilənlərin sayı azalıb

İnzibati məsuliyyətə cəlb edilənlərin sayı azalıb

2021-ci ildə məhkəmələrdə baxılmış işlərin 64,5 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Həmin işlərin 25,5 faizinin icraatına xitam verilib, 8,6 faizi üzrə inzibati xəta törətmiş şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılıb, 1,4 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilib.
Qeyd olunub ki, inzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 15,3 faiz azalaraq 46,4 min nəfər olub. İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 46,4 faizinə inzibati cərimə, 28,2 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 20,0 faizinə inzibati həbs, 2,9 faizinə xəbərdarlıq, 1,9 faizinə ictimai işlər, 0,6 faizinə isə digər tənbeh növləri tətbiq edilib.