• 25 May 2022
logo
Azercell “010” prefiksli" yeni nömrələri satışa çıxarıb

Azercell “010” prefiksli" yeni nömrələri satışa çıxarıb

Lider mobil operator müştərilərə eksklüziv seriyalara sahib olmaq şansını yaradıb. Ötən ilin noyabr ayında “Yeni 010 nömrələri – Qaliblərin seçimi!” şüarı altında hər kəsin çoxdan gözlədiyi yeni prefiksi istifadəyə vermiş “Azercell Telekom” abunəçilərin zövqlərini oxşayan yeni nömrələri satışa çıxarıb. Beləliklə, 27 aprel 2022-ci il tarixindən etibarən hər kəs “010” prefiksli 3, 4 və 5 rəqəmləri ilə başlayan gözəl nömrələri seçərək əldə edə bilər. Müştərilər hazırda satışda olan nömrələr barədə daha
ətraflı şəkildə www.azercellim.com veb-səhifəsi vasitəsilə tanış ola bilərlər. Bu səhifə istifadəçilərə istədikləri nömrəni qısa müddət ərzində axtarıb tapmağa, onlayn ödəniş etməklə rahat şəkildə rəsmiləşdirməyə imkan yaradır.
Xatırladaq ki, Azercell şirkəti “010” prefiksli yeni nömrələri Vətən müharibəsində əldə etdiyimiz qələbənin ilk ildönümünün şərəfinə mobil rabitə bazarına təqdim edib. Qeyd edək ki, www.azercellim.com saytı iri miqyasda nömrə sifarişini onlayn rejimdə gerçəkləşdirən ilk belə platformadır. Öz müştəriləri üçün daha rahat bağlantını təmin etməyi və rəqəmsal xidmətlərin daha əlçatan olmasını hədəfləyən Azercell şirkəti yeni “010” nömrələrinə sahib olacaq abunəçilərinə yalnız xoş xəbərlər almağı
arzu edir.