• 2 İyul 2025
logo
FHN: Ötən sutka 7 nəfər xilas olunub

FHN: Ötən sutka 7 nəfər xilas olunub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər xilas olunub. Həmçinin, 16.04.2022-ci il tarixində Yuxarı Qarabağ su kanalının Yevlax şəhəri, Aran qəsəbəsi ərazisindən keçən hissəsində batan 1999-cu il təvəllüdlü İsmayılzadə Sərxan Rizvan oğlunun meyiti batdığı yerdən təqribən 20 km aralıda kanalda aşkar olunaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.