• 27 May 2022
logo
Kanalda 11 gün əvvəl batan şəxsin meyiti tapılıb

Kanalda 11 gün əvvəl batan şəxsin meyiti tapılıb

Yuxarı Qarabağ Su kanalında batan şəxsin meyiti tapılıb.
FHN verdiyi xəbərə görə, 16.04.2022-ci il tarixində Yuxarı Qarabağ su kanalının Yevlax şəhəri, Aran qəsəbəsi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1999-cu il təvəllüdlü İsmayılzadə Sərxan Rizvan oğlunun axtarışları başa çatıb. S.İsmayılzadənin meyiti kanalın Yevlax şəhəri, Malbinəsi kəndi ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 20 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.