• 21 Aprel 2025
logo
Üç il ərzində Azərbaycan vətəndaşlarının xaricdəki qeyri-qanuni silahlı birləşmələrə qoşulma halları qeydə alınmayıb

Üç il ərzində Azərbaycan vətəndaşlarının xaricdəki qeyri-qanuni silahlı birləşmələrə qoşulma halları qeydə alınmayıb

2016-cı ildən sonra Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki qeyri-qanuni silahlı birləşmələrə qoşulma halları qeydə alınmayıb.

Trend-in məlumatıma görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə deyib.

S.Heydərov vurğulayıb ki, qeyri-qanuni silahlı birləşmələrə qoşulanlar da səhv etdiklərini, aldandıqlarını etiraf ediblər:

“Məsuliyyətə cəlb olunmuş şəxslərin ifadələrindən biz bunu görürük, eləcə də onların yaxınları, qohumlarından da eşidirik”.