• 27 May 2022
logo
Metroda nasazlıq yaranıb, sərnişinlər qatardan düşürülüb

Metroda nasazlıq yaranıb, sərnişinlər qatardan düşürülüb

Bakı Metropolitenin "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb.
Metropolitendən verilən məlumata görə, sərnişinlər "28 May" stansiyasında qatardan düşürülüb. Daha sonra qatar xəttdən çıxarılıb. Yaranan vəziyyətlə bağlı xəttə 12 dəqiqəyə yaxın yubanma yaranıb.
Bakı Metropolitendən bildirilib ki, ümumilikdə qatarlararası interval qorunub saxlanılıb.