• 1 İyul 2025
logo
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4 811 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 477, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 267, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 779, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 288 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 619 356, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 336 706, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 837 999, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 206 660, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 237 991 nəfər təşkil edir.

Məqalədə: