• 28 May 2022
logo
Azərbaycanda 12 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda 12 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 457 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 621 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib, aktiv xəstə sayı 129 nəfərdir.

Ölkədə son sutka ərzində 3 331, hazırkı dövrədək isə 6 788 729 test aparılıb.