• 7 Sentyabr 2024
logo
Ödəniş terminallarının yeni 10 manatlıq əsginasları tanıması üçün hansı işlər görülür?

Ödəniş terminallarının yeni 10 manatlıq əsginasları tanıması üçün hansı işlər görülür?

Bu gün Mərkəzi Bank iyunun 22-dən yenilənmiş 10 manatlıq əsginasın dövriyyəyə buraxılacağını açıqlayıb.

Trend-in terminalların yeni əsginasa uyğunlaşdırılması istiqamətində aparılan işlərlə bağlı sorğusunu Azərbaycanın “MilliÖN” və “e-Manat” ödəniş sistemlərinə nəzarət edən şirkətlərdən cavablayıblar.

Bildirilib ki, yeni 10 manatlıq əsginasın dövriyyəyə buraxılması ilə əlaqədar Azərbaycanın “MilliÖN” və “e-Manat” ödəniş sistemləri terminallarının ona uyğunlaşdırılması üçün Azərbaycan Mərkəzi Bankı ilə danışıqlar aparır.

“eManat”-dan Trend-ə verilən məlumata görə, yaxın vaxtlarda ödəniş terminallarının yeni əsginasa uyğunlaşdırılması prosesinə başlanılması planlaşdırılır.

Eyni zamanda, "MilliÖN"-dən Trend-ə verilən məlumata görə, Mərkəzi Bankla danışıqlar aparılır və plana uyğun olaraq terminalların proqram təminatının yenilənməsi istiqamətində işlər görülür.

Xatırladaq ki, iyunun 22-dən Azərbaycanda yeni dizaynlı 10 manatlıq əsginas dövriyyəyə buraxılacaq. Əsginasın təhlükəsizlik elementləri və dizaynı ən son texnologiya ilə yenilənib.