• 2 İyul 2025
logo
“Şuşa Qurultayı Azərbaycan diasporunun inkişafında dönüş nöqtəsi olacaq”-Orxan Həsənoğlu

“Şuşa Qurultayı Azərbaycan diasporunun inkişafında dönüş nöqtəsi olacaq”-Orxan Həsənoğlu

“Bu gün Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı artıq öz işinə başlayıb. Qurultayın açılış nitqinui Cənab Prezident İlham Əliyev edərək qeyd etdi ki, 30 il ərzində Azərbaycan Dağlıq Qarabaın azadlığına qovuşmaq üçün müəyyən tədbirlər həyata keçirib və dünya azərbaycanlıları bu tədbirlərdə böyük əmək sərf ediblər”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu deyib. O, bildirib ki, Dövlət Başçısının çıxışı dünya azərbaycanlıları üçün yol xəritəsidir: “Biz, bundan sonrakı fəaliyyətimizdə də Azərbaycan mədəniyyətini, tarixini dünya ictimaiyyətinə çatdırmağa çalışacağıq. Hesab edirəm ki, Şuşa Qurultayı Azərbaycan diasporunun inkişafında dönüş nöqtəsi olacaq. Bundan sonra daha əzmlə və məsuliyyətlə fəaliyyətimizi davam etdirəcəyik”.

Əli Zülfüqaroğlu