Lökbatanda Qaradağ Rayon İcra Hakimiyyəti binasının arxasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, partlayışın baş verməsi barədə məlumat təcili yardıma saat 10:14-də daxil olub. Hadisə yerinə 3 təcili yardım briqadası göndərilib:
"Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllim götürüblər. Qadın sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb. Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib".