• 2 İyul 2025
logo
“Azəriqaz”: Bir çox məntəqələrdə işlər qaz vermə mərhələsindədir

“Azəriqaz”: Bir çox məntəqələrdə işlər qaz vermə mərhələsindədir

Bu ilin qazlaşma proqramı çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən işlər sürətlə gedir və bir çox məntəqələrdə işlər qaz vermə mərhələsindədir.

"APA-Economics" xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisinin müavini İlham Mehbalıyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu ilin qazlaşma proqramında 69 yaşayış məntəqəsinin qazlaşması və 62 yaşayış Massivində küçə qaz xətlərinin tikintisi nəzərdə tutulub.

İlham Mehbalıyev qeyd edib ki, artıq iki yaşayış məntəqəsinə qaz verilib və 8 yaşayış massivi üzrə işlər yerinə yetirilib.