Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə təltif etdiyi şəxslərin arasında Azərbaycan əsilli biznesmen Qod Nisanov da var.