• 8 Sentyabr 2024
logo
Azərbaycan-Türkiyə Universitetinin yaradılması ilə bağlı danışıqlar davam edir

Azərbaycan-Türkiyə Universitetinin yaradılması ilə bağlı danışıqlar davam edir

Azərbaycan-Türkiyə Universitetinin yaradılması ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında danışıqlar davam etməkdədir.

Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə baş tutmuş səfərindən sonra 15-17 mart 2022-ci il tarixlərində təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ali Təhsil Şurasının sədri Erol Özvarın dəvəti ilə Türkiyədə səfərdə olub və səfər zamanı ATU-nun təsis olunması istiqamətində tərəflərin hüquq və öhdəliklərinə dair müzakirələr həyata keçirilib.