• 26 May 2022
logo
Metroda spesifik qoxuya görə qatar boşaldılıb

Metroda spesifik qoxuya görə qatar boşaldılıb

"Həzi Aslanov-İçərişəhər" istiqamətində hərəkət edən qatarın sonuncu vaqonunda metropolitenə xas qoxu iyi olub.
"Bakı Metropoliteni"ndən verilən xəbərə görə, qatara baxış keçirilib.
"Hər hansısa texniki problem olmadığı müəyyən olunub. Lakin vaqonda qoxu qaldığından, sərnişin narahatlığına səbəb olmamaq üçün qatar boşaldılıb və yola salınıb.
Dərhal əvəzinə qatar verilib. Qoxu aradan qaxdıqdan sonra həmin qatar xətdə işini davam etdirəcək", - məlumatda deyilir.