2020-ci ildə Moskvada ermənilərlə azərbaycanlılar arasında baş vermiş kütləvi dava ilə bağlı başlanmış cinayət işi üzrə qərar elan olunub.
Moskvanın Lyublinski Rayon Məhkəməsinin qərarı ilə E. Ələkbərov, B. Vəliyev, P. Həmidov, T. İsmayılov və A. Qafarov xuliqanlıqda təqsirli biliniblər və onlar 2 il 8 ay müddətinə azadlıqdan məhrum ediliblər.
İş üzrə təqsirləndirilən digər iki şəxs – M. Zahidova və D. Qiyasova isə 2 il 8 ay şərti cəza təyin olunub.
Qeyd edək ki, 2020-ci ilin iyul ayında Qarabağda vəziyyətin gərginləşməsi fonunda Moskvada azərbaycanlılarla ermənilər arasında toqquşmalar baş vermişdi.