• 27 May 2022
logo
İranla sərhəddə 8 kq narkotik aşkarlanıb

İranla sərhəddə 8 kq narkotik aşkarlanıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən (DSX) verilən xəbərə görə, aprel ayının 18-də saat 12:00 radələrində DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən kolluqların arasında 1 ədəd ağ rəngli bağlama aşkarlanıb.
Bağlamanın içərisindən çəkisi 8 kiloqram 200 qram narkotik vasitəyə (6 kiloqram 500 qram “marixuana”, 1 kiloqram “heroin”) bənzər maddələr və psixotrop tərkibli 780 ədəd “metadon-40” dərman prepa¬ratı aşkarlanaraq götürülüb.