• 9 Sentyabr 2024
logo
Xristian dini icmasının rəhbəri: "Pasxa bayramını Qarabağda qeyd etmək çox önəmlidir"

Xristian dini icmasının rəhbəri: "Pasxa bayramını Qarabağda qeyd etmək çox önəmlidir"

“Pasxa bayramında Qarabağa, Xocavəndə gəlmək xüsusi önəm kəsb edir. Biz işğaldan azad olunmuş ərazilərimizə dönmüşük, artıq vaxtilə işğal altında olan kilsələrdə ibadət edirik”.
Bunu Xocavəndə səfər edən “Alov” xristian dini icmasının rəhbəri İdris Məmmədov deyib.
İdris Məmmədov Xocavənd ərazisində iki kilsədə dualar oxuduqlarını bildirib: “30 il həsrətində olduğumuz Qarabağa, bizdən uzaq düşmüş kilsələrimizə geri dönüb ibadət edirik. Bu gün burada Pasxa bayramını qeyd edirik. Pasxa xristian dünyası üçün xüsusi bir önəm daşıyır. Fürsətdən istifadə edərək Azərbaycanda fəaliyyət göstərən bütün dini icmaları təbrik edirəm. Bu bayramın rəmzi azadlıqdır. Biz bu gün iki kilsədə olduq. Növbəti səfərdə digər kilsələrə də səfər edəcəyik. Bütün dini icmalar, xüsusilə də Qarabağdan didərgin düşmüş məsihçilər böyük həvəslə geri qayıtmağı gözləyir. Biz bu gün kilsələrdə edilmiş dəyişiklikləri gördük. Mən mütəxəssis olmasam da, ermənilərin burada etdiyi dəyişikliyi baxan kimi görmək olur. Bunlar erməni yox, qədim alban udin kilsələridir”.