• 29 May 2022
logo
Elman Rüstəmov AMB İdarə Heyətinin üzvlüyündən azad edilib

Elman Rüstəmov AMB İdarə Heyətinin üzvlüyündən azad edilib - YENİLƏNİB 

Elman Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilib.
Milli Məclisin bu gün keçirilən iclasında “Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında” qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
***
saat 11.33

Milli Məclisin plenar iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən çıxarılması məsələsinə baxılır.
“Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında” qərar layihəsi iclasda müzakirəyə çıxarılıb.
Qeyd edək ki, Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi barədə təqdimat Azərbaycan Prezidenti tərəfindən göndərilib.