• 27 May 2022
logo
MM-də Beynəlxalq Telekommunikasiya İttifaqına dair sənəd təsdiqlənəcək

MM-də Beynəlxalq Telekommunikasiya İttifaqına dair sənəd təsdiqlənəcək

“Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları təsdiq ediləcək.
Bununla bağlı qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
Məsələni parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Mahir Süleymanlı təqdim edib. Bildirilib ki, təklif olunan reqlamentin əsas məqsədi İttifaqın üzvləri üçün ən son texniki nailiyyətlər əsasında tezliklərdən istifadəni lazımi şəkildə təmin etməkdir.
Sənəd Milli Məclisin iclasına tövsiyə olunub.