• 17 Sentyabr 2024
logo
Prokurorluq Yevlax Polis Şöbəsində intihar faktı barədə məlumat yayıb

Prokurorluq Yevlax Polis Şöbəsində intihar faktı barədə məlumat yayıb

Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində intihar faktı baş verib.
Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.
Xəbərə görə, aprelin 9-u saat 15 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutularaq Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan 1967-ci il təvəllüdlü İlham Əsgərovun saxlama kamerasında intihar etməsi barədə Yevlax rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.