Bakıda “Location” gecə klubunda yaralananlardan daha biri vəfat edib.
TƏBİB-dən APA-ya bildirilib ki, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi. Ayxan Fətullazadənin gecə klubunda ofisiant işlədiyi bildirilir.
Xəbəri Baş Prokurorluq da APA-ya təsdiqləyib. Prokurorluqdan qeyd edilib ki, bu hadisə ilə bağlı istintaq işi davam edir.
Bununla da, gecə klubunda partlayışda ölənlərin sayı dördə çatıb.
Qeyd edək ki, aprelin 3-də gecə klubunda partlayış baş verib. Nəticədə 4 nəfər ölüb, 34 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.
Başlanmış cinayət işi ilə bağlı 3 nəfər həbs edilib.