• 27 May 2022
logo
İlin sonuna qədər metronun B-4 stansiyasının tikintisi başa çatacaq

İlin sonuna qədər metronun B-4 stansiyasının tikintisi başa çatacaq

Bakı metropoliteninin Bənövşəyi xətt üzrə 4-cü stansiyası olan B-4 stansiyasının tikintisi bu ilin sonunda başa çatdırılacaq.

Bunu açıqlamasında qurumun tikinti departamentinin rəisi Məzahir Nəbiyev deyib.

O bildirib ki, 4 mərtəbədən ibarət olacaq stansiyanın artıq iki mərtəbəsinin tikintisi başa çatıb, 3-cü mərtəbəsinin tikintisinə hazırlıq gedir.

"Digərlərindən fərqli olaraq, bu stansiya torpaqda divar üsulu ilə inşa edilir. Hazırda stansiya yolunun üst quruluşunun tikintisinə başlanıb. Bu ilin sonuna kimi stansiyanın tikintisinin başa çatması nəzərdə tutulur. Stansiyanın tikintisi başa çatdırılandan sonra avadanlıqların quraşdırılmasına başlanacaq", - deyə M.Nəbiyev bildirib.