• 27 May 2022
logo
Ermənilər gözümün qarşısında qadını yandırdılar - Ağdaban sakini

Ermənilər gözümün qarşısında qadını yandırdılar - Ağdaban sakini

30 il keçməsinə baxmayaraq, ermənilərin Ağdabanda törətdiyi vəhşiliklər bir an belə yadımdan çıxmayıb.

Bunu Kəlbəcərin Ağdaban kənd sakini Qərənfil Bağırova bildirib.

"Həmin gün sözlə ifadə edilməyəcək dərəcədə dəhşətli idi. Ermənilər kənddə kimi görürdülərsə atəş açırdılar, kimi görürdülərsə, öldürürdülər. Elə bir gün idi ki, ana balasını atıb qaçırdı. Mənim yaxın qohumlarımdan ölən və yaralanan oldu. Bir yaxın qohumumu öz evində yandırdılar. Kəndimizdə Fatma adında namaz qılan, oruc tutan qadın yaşayırdı. Əlində Quran ermənilərin qarşısına çıxdı ki, insanlara belə zülm etməyin. Erməni vandalları həmin qadını da elə ordaca yandırdılar. Şükür bu günümüzə ki, otuz illik işğaldan sonra torpaqlarımıza qayıtmışıq. Buna görə də Ordumuza və Prezident İlham Əliyevə təşəkkür edirəm", - deyə hadisə şahidi bildirib.

Qeyd edək ki, 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə ermənilər Kəlbəcərin Ağdaban kəndində qırğın törədiblər. 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılıb, kəndin 779 dinc sakininə qeyri-insani işgəncələr verilib. Faciə zamanı 33 Ağdaban sakini qətlə yetirilib, yaşı 90-dan çox olan 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb. 12 nəfərə ağır bədən xəsarəti yetirilib.