• 28 May 2022
logo
Son 4 ildə İraq və Suriyadan gətirilən şəxslərin sayı açıqlanıb

Son 4 ildə İraq və Suriyadan gətirilən şəxslərin sayı açıqlanıb

"2018-ci ildən bu günə qədər İraq və Suriyadan 365 nəfər ölkəmizə repatriasiya olunub".

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev "Sosial saat"da deyib. O deyib ki, onlardan 345-si uşaq, 20-si isə qadındır.
Həmin şəxslər ölkəyə gətirildikdən sonra Sosial Xidmət Müəssisələrinə yerləşdirilir, onlara zəruri sosial xidmətlər göstərilir, sosial reabilitasiya prosesi başlayır:

"Onlar ailələrinə qayıtdıqdan sonra da ailələrinə və cəmiyyətə uyğunlaşmaları üçün sosial reabilitasiya işləri davam etdirilir".

Faiq Ağayev deyib ki, repatriasiya olunmuş uşaqlarla bağlı UNİCEF-lə birgə yeni layihəyə də başlanılıb:

"Sosial reabilitasiya 4 ay müddətində həyata keçiriləcək. İlkin olaraq Bakı, Sumqayıt və Abşeronu əhatə edəcək. Layihə uğurlu olarsa, davamlı olaraq digər rayonlarımızı da əhatə edəcək", - o deyib.