• 7 Sentyabr 2024
logo
Regionlarda qaz xətlərinin çəkilişi sürətlə aparılır

Regionlarda qaz xətlərinin çəkilişi sürətlə aparılır

"Azəriqaz" İstehsalat Birliyi bu ilin yanvar-ayında Azərbaycanda 147 km uzunluğunda yeni qaz xətləri çəkib.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Ruslan Əliyev qeyd edib ki, hesabat dövründə çəkilən qaz xətlərinin 21 km-dən çoxu Bakı və Abşeronun, 126 km isə regionların payına düşüb.

Baş direktor onu da əlavə edib ki, yanvar-mart aylarında İB tərəfindən respublika üzrə 23 km qaz xətləri əsaslı təmir olunub.

Aprelin 1-nə ölkə üzrə qazlaşma səviyyəsi 96,3% təşkil edib.

Ruslan Əliyev onu da qeyd edib ki, 2022-ci ilin qazlaşdırma proqramı çərçivəsində, 69 kəndin və 62 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılıb. Hazırda qeyd olunan qazlaşdırma obyektlərinin müvafiq olaraq 32 (bir kəndə qaz verilib) və 45-də (1 yeni yaşayış massivinə artıq qaz verilib) işlər aparılır.