• 29 May 2022
logo
Azərbaycanda yeni zavodun tikintisi üçün təkliflər sorğusu elan olunub

Azərbaycanda yeni zavodun tikintisi üçün təkliflər sorğusu elan olunub

“Azərbaycan Sənaye Korporasiyası” ASC yaşıl neft koksunun kalsinasiyası və anod istehsalı zavodu layihəsinin qiymətləndirilməsi ilə bağlı təkliflər sorğusu elan edib.

"APA-Economics" xəbər verir ki, təkliflər mayın 20-si, saat 17:00-a qədər qurumun Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 14 ünvanına təqdim edilməlidir. Sorğunun nəticəsi mayın 23-də, saat 14:30-da açıqlanacaq.
Qeyd edək ki, “Azərbaycan Sənaye Korporasiyası” ölkə prezidentinin 6 noyabr 2017-ci il tarixli fərmanı əsasında yaradılıb. Hazırda onun nəzdində iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 17 törəmə müəssisə fəaliyyət göstərir. Bunlar, “Azəralüminium”, "Azərpambıq ASK”, “Azəripək”, “ASK Şüşə”, “ASK İzolit”, “ASK Tekstil”, “ASK Xidmət”, “ASK Security” MMC, "ASK Aqro" MMC, “ASK İnşaat” MMC, “ASK Şəki Kərpic”, “ASK Şəki Su Elektrik Stansiyası”, “ASK Ayaqqabı Fabriki”,ASK Əmlak”, “ASK Turizm” (fəaliyyət göstərmir), “ASK-Russia”(fəaliyyət göstərmir) və "ASK Poliqrafiya" MMC-lərdir(fəaliyyət göstərmir).