• 12 İyul 2025
logo
“Azərbaycan Sənaye Sığorta”nın İdarə heyətinin tərkibində dəyişiklik ediləcək

“Azərbaycan Sənaye Sığorta”nın İdarə heyətinin tərkibində dəyişiklik ediləcək

“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyətinin növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"APA-Economics" xəbər verir ki, 11 may 2022-ci il tarixində keçiriləcək yığıncağın gündəliyindəki əsas məsələ “Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə heyətinin tərkibində dəyişiklik edilməsidir. Yığıncaqda digər məsələlər də müzakirə ediləcək.
Qeyd edək ki, hazırda “Azərbaycan Sənaye Sığorta” ASC-də İdarə Heyətinin sədri Orxan Oqtay oğlu Əfəndiyev, İdarə Heyəti Sədrinin müavinləri Afaq Nazim qızı Cəbrayılova və Samir Rəhbər oğlu Məmmədovdur.

11 milyon manat nizamnamə kapitalına malik olan “Azərbaycan Sənaye Sığorta”nın səhmdarları “Anadolu İnvestment Company” (95%) və “Azərbaycan Sənaye Bankı”dır (5%).