• 27 May 2022
logo
Naxçıvanda bu il 135 e-imza sertifikatı verilib

Naxçıvanda bu il 135 e-imza sertifikatı verilib

Bu ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasında 135 elektron imza (e-imza) sertifikatı verilib.

Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyindən verilən xəbərə görə, hesabat dövründə istifadəyə verilən e-imza sertifikatların 100-ü dövlət qurumlarının, 9-u hüquqi şəxslərin, 19-u sahibkarların, 7-si isə vətəndaşların payına düşüb.
Qeyd edək ki, sertifikatın dövlət rüsumu dövlət qurumları üçün 58 manat, hüquqi şəxslər üçün 72 manat, sahibkarlar üçün 36 manat, vətəndaşlar üçün isə 18 manat təşkil edir. E-imzanın istifadə müddəti isə 3 ildir.