• 26 May 2022
logo
ANAMA: Ötən ay azad edilmiş ərazilərdə 165 mina aşkarlanıb

ANAMA: Ötən ay azad edilmiş ərazilərdə 165 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə son bir ay ərzində icra olunan əməliyyatlar barədə ümumi məlumat yayıb.
ANAMA-dan verilən xəbərə görə, martın 1-dən 31-ə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı,Cəbrayıl və Zəngilanda 68 piyada əleyhinə mina, 97 tank əleyhinə mina və 298 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 306 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Qeyd edək ki, 2020-ci ilin noyabr ayının 10-dan bu ilin fevralın 28-dək azad edilmiş ərazilərdə piyada əleyhinə 10 668, tank əleyhinə 4 962 mina və 14 347 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Eyni zamanda 7 866 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.