• 29 May 2022
logo
Azercell-dən yeni iPhone 13 modelləri alana 50GB internet paketi hədiyyə!

Azercell-dən yeni iPhone 13 modelləri alana 50GB internet paketi hədiyyə!

Apple Inc. şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşı “Azercell Telekom” aprelin 1-dən etibarən tam yeni iPhone cihazlarını sifariş etmək imkanını yaradır. iPhone SE, iPhone 13 Green, iPhone 13 mini Green, iPhone 13 Pro Alpine Green və iPhone 13 Pro Max Alpine Green kimi möhtəşəm və ən yeni iPhone modellərini Azercell Eksklüziv mağazalarından əldə etmək mümkündür.
iPhone həvəskarlarını sevindirərək mobil operator Apple istehsalı olan yeni nəsil cihazları ilə ölkənin ən yüksək keyfiyyətli 4G şəbəkəsi vasitəsilə inanılmaz internet sürətini yaşamaq fürsətini yaratmaqdan məmnundur. Aparıcı mobil operator iPhone Green və iPhone SE modellərindən hər hansı birini əldə edən müştərilərə 50GB həcmində internet paketinə 3 aylıq abunəlik təqdim edir.
Qeyd olunan Apple smartfonlarını əldə etmək üçün müştərilərimiz aprelin 1-dən etibarən istənilən Azercell Eksklüziv mağazasına yaxınlaşa bilər.
Ən müasir texnologiyanı istifadəçi rahatlığı ilə bir araya gətirən yeni iPhone modelləri “Super Retina XDR” displeyləri, enerjiyə qənaət etməyə imkan verən batareya, daha səmərəli A15 çipi və sürətli enerji toplama sistemi ilə təchiz olunmuşdur.
Daha ətraflı məlumat üçün https://bit.ly/smartphones_az saytına daxil ola bilərsiniz.