• 18 Aprel 2024
logo
Yevlaxda xəstəxanada yanğın - Xəstələr təxliyə edildi

Yevlaxda xəstəxanada yanğın - Xəstələr təxliyə edildi

Yevlaxda xəstəxanada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb. Yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib.

Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.