• 21 May 2022
logo
ANAMA azad olunmuş ərazilərdə aşkarlanan minaların sayını açıqlayıb

ANAMA azad olunmuş ərazilərdə aşkarlanan minaların sayını açıqlayıb

“Mina qalıqları insanların təhlükəsizliyinə, sağlamlığına və tərəqqisinə təhlükə olaraq qalır, bu qlobal problem qlobal cavab tələb edir”.
Bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakıda humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, konfrans əməkdaşlıq, bölüşmə və öyrənmə üçün platforma rolunu oynayır: “Dünyanın 34 ölkəsində 150 nəfər iştirakçı konfransda iştirak edir. Bu konfrans səmərəli müzakirələr üçün rol oynayacaq”.
Vüqar Süleymanov qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsi qlobal səviyyədə minalarla ən çox çirklənən ərazilər arasındadır: “Bu regionun minalardan təmizlənməsi hökumətin əsas prioritetlərindən biridir. 2030-cu ilə qədər milli prioritetlər sırasında Qarabağın yenidən qurulması var və bunun üçün bu torpaqlar minalardan təmizlənməlidir. İndiyə qədər 23 min hektar təmizlənib, 55 mindən çox mina zərərsizləşdirilib. Aşkar olunanlardan 10 mini tank əleyhinə, 19 mini piyada əleyhinə mina olub, həmçinin 26 min partlamamış silah-sursat aşkarlanıb”.